Sabah Amnistiya aktının icrasına başlanılır.
NUHÇIXAN xəbər verir ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.
Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib.
Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılacaq. Sabah amnistiyaya düşən məhkumlardan bir qrupu azad ediləcək.
