Türkiyəli ekspert: Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir

A- A A+

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir və təkcə ticarət və iqtisadiyyat baxımından deyil. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasındakı əlaqə Türkiyənin tikinti, turizm və səhiyyə sektorlarının da inkişafı üçün stimul olacaq, Anadolunun şərq əyalətlərinin ümumi inkişafına təkan verəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ərzurumdakı Binəli Yıldırım Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin dekanı professor Kərəm Karabulut jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Naxçıvandan keçən dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasında ticarət və turizm axınları iki-üç dəfə artacaq. Bu, Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi təkan verəcək. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar da Naxçıvan vasitəsilə ixrac imkanlarından yararlana biləcəklər”, - deyə professor qeyd edib.

K.Karabulut hava nəqliyyatına nisbətən dəmir yolu ilə sərnişin daşımalarının aşağı qiymətinə diqqət çəkib: “Yeni marşrut Azərbaycan və İrandan gələn turistlər üçün nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq”. O, Ərzurum və ya İğdırda “azad səhiyyə zonası”nın yaradılmasını istisna etməyərək, bunun “qonşu ölkələrin vətəndaşlarına Türkiyə səhiyyə sisteminin təklif etdiyi imkanlardan daha fəal şəkildə istifadə etməyə imkan verəcəyini” vurğulayıb.

Türkiyə universitetinin dekanı, həmçinin Zəngəzur dəhlizinin regionda çoxsaylı nəqliyyat təşəbbüslərinə, xüsusən də Təbriz-Naxçıvan-Qars-Ərzurum-Trabzon və Culfa-Van dəmir yollarının tikintisinə təkan verə biləcəyinə dair fikir bildirib.

O, həmçinin Türk Dövlətləri Ticarət Birliyinin yaradılması perspektivindən danışıb və bildirb ki, Zəngəzur dəhlizi də onun vacib elementi olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: