Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumaat görə, paytaxt və bölgələrdə təşkil olunan tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən edilərək saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması sahəsində tədbirlər davam etdirilir.
