“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib

A- A A+

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklər Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması və məlumatların bu sistemə daxil edilməsi ilə bağlıdır. Bu məqsədlə qanuna “Enerji effektivliyi informasiya sistemi” adlı 4-1-ci maddə əlavə olunur, “Enerji auditi” adlanan 6-cı maddənin 6.3-cü bəndi genişləndirilir, eyni zamanda, 17-ci maddəyə də 17.1.5-ci bənd artırılır.

Yaradılması nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdiriləcək. İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulub. Yeni sistemin yaradılması bu sahədə şəffaflığın artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə xidmət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: