Naxçıvanda 2900 ailəyə birdəfəlik maddi yardım göstəriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında (MR) 2900 ailəyə birdəfəlik maddi yardım göstəriləcək.

Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" 22 dekabr 2025-ci il tarixli Sərəncamı muxtar respublika üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2900 ailəni (12 840 ailə üzvü) əhatə edəcək.

Birdəfəlik maddi yardım ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: