NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “31mart-bəşəriyyətin ən böyük soyqırımıdır” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdən öncə universitetin İncəsənət fakültəsində Mart soyqırımına həsr olunmuş 20-dən çox əsərin sərgisinə baxış olub.
Sonra Universitetin rektoru Saleh Məhərrəmov konfransda çıxış edərək erməni daşnaqlarının xalqımızın başına açdığı bəlalardan danışıb.
Daha sonra Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin ZamanovMart soyqırımının azərbaycanlıların milli müstəqilik mübarizəsinə qarşı bolşevik-erməni planı olduğunu diqqətə çatdırıb. Ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrdəki vəhişiliklərdən danışıb. Bildirilib ki, Azərbaycanın şimalında və cənubunda yaşayan 520.000 türk-müsəlman əhalisi erməni soyqırımına məruz qalaraq məhv edilib.
Sonda Azərbaycanlıların soyqırımı ilə bağlı videoçarx izlənilib.
Songül Vəliyeva