İdmançılarımızın növbəti uğuru - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları “Bakı Open” beynəlxalq turnirindən uğurlu nəticələrlə geri dönüb.
14 ölkədən 1200-dən artıq idmançının iştirak etdiyi karate üzrə 10-cu “Bakı Open” beynəlxalq turniri Sərhədçi Olimpiya İdman Kompleksində reallaşıb.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı iştirak edib. Onlar müxtəlif çəki dərəcələrində uğurlu nəticələrlə geri dönüblər.
Gərgin mübarizə şəraitində keçən döyüşlərdə nəticələrə gəlincə, 14-15 yaş qrupunda mübarizə aparan Vüsal Seyidov komanda tərkibində I yerə, 10-11 yaş qrupunda +40 kq çəki dərəcəsində Ayan Məmmədova və 8-9 yaş qrupunda 35 kq çəki dərəcəsində Zəhra Məmmədova kumite üzrə I yerə layiq görülüb.
Digər təmsilçilərimizdən Özləm Hacıyeva, Aminə Novruzzadə II, Mirpaşa Kərimzadə, Qələndər Bünyadov, Aslan İsmayılov, Murad Ələkbərov, Rafiq Hüseynli, Nərgiz Həsənli, Yaqub Qənbərov, Qafar Hüseynov isə III yerə layiq görülüblər.
Rəmzi Tahirli