Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən "Təhlükə hər yerdədir!" devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kibertəhlükələrlə bağlı xəbərdarlıq edilir.
ETX-dən NUHÇIXAN-a bildirilib ki, maarifləndirmə məqsədilə hazırlanmış video “Təhlükə hər yerdədir!” mövzusuna həsr olunub. Videoda bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”, “kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır” kimi mövzulara aydınlıq gətirilir.
