ABŞ-dan gələn mütəxəssislər “Naxçıvan” Universitetində treninq keçiblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Amerika Birləşmiş Ştatlarından gələn mütəxəssislər Jack Morris və İan Bernetin tərəfindən “Naxçıvan” Universitetində “Təhsildə keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsi” mövzusunda treninq keçirilib.
Əvvəlcə ali təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli bildirib ki, treninqin məqsədi keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, universitet heyətlərinin şöbə və onun funksiyası haqqında məlumatlanması, onlayn platformanın yaradılması, keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir.
Vurğulanıb ki, Universitet Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Almaniyanın, ABŞ-ın, Türkiyənin və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurub və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, Erasmus, COMOLTE) universitetin əməkdaşları fəal iştirak edirlər.
Treninq zamanı mütəxəssislərlə xarici dilin öyrənilməsi zamanı yaranan problemlər və öyrənilməsinin asanlaşdırılması qaydaları da müzakirə edilib.
Seyfur Hacımuradov