Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub - FOTOLAR
Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.
NUHÇIXAN xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.
Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.