Üzdə dəyişikliklər hansı xəstəliklərdən xəbər verir

A- A A+

Üzdə dəyişikliklər müxtəlif xəstəliklərin əlamətləri ola bilər. NUHÇIXAN tibb saytlarına istinadla həmin əlamətlərin siyahısını təqdim edir.

Solğun dəri anemiya, yaxud qanda dəmir çatışmazlığının göstəricisi ola bilər. Bunun üçün həftədə azı iki dəfə qırmızı ət, paxlalı bitkilər, habelə yaşıl yarpaqlı tərəvəz yemək məsləhət görülür.

Sızanaqlar çox vaxt yeniyetmə yaşlarında hormonal proseslərin, yaxud rasionda şəkərin miqdarının çox olmasının nəticəsidir. Məsələn, şokolada aludə olmaq sızanaqların əmələ gəlməsinə şərait yaradır.

Saralmış gözlər sarılığın əlamətidir. Əgər göz ətrafındakı dəri, yaxud gözün ağ təbəqəsi saralıbsa, qaraciyəri müayinə etmək üçün təcili həkimə müraciət etmək lazımdır.

Göz altı torbalar çox vaxt böyrəklərdə problemlərin olduğunu göstərir. Onlar dəri altında həddindən çox mayenin toplanması, yəni böyrəklərin yaxşı işləməməsi nəticəsində əmələ gəlir. Daha ciddi hallarda ürək çatışmazlığına dəlalət edir.

Dərin qırışlar qocalmanın təbii nəticəsidir. Lakin siqaretçəkmə qırışları daha da dərinləşdirir, kollagen və elastini dağıdır. Gündə hətta bir siqaret çəkmək belə, qırışların əmələ gəlməsi prosesini sürətləndirir.

Dərinin qızarması. Planetimizin əhalisinin təqribən 10 faizi rozaseadan əziyyət çəkir. Rozasea nəticəsində üzün dərisi çuğundur kimi qızarır. Acı yeməklərə, kofeinli və alkoqollu içkilərə meyilli olanda, habelə gün altında çox gəzəndə onun əlamətləri daha da güclənir.

Dodaqların quruması ya susuzlaşmanın, ya da ekstremal hava şəraitinin nəticəsidir. Əgər problem çoxlu su içməklə həll olunmursa, deməli, allergiyanın əlamətidir.

Üzdə arzuolunmaz tüklərin inkişaf etməsi adətən hormonal nasazlıqla bağlıdır. Qadınlarda yumurtalıqların polikistozu çox vaxt onların üzlərinin tüklənməsinə səbəb olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: