Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində iki avtobus toqquşub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Bildirilib ki, pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5-nin vəziyyəti stabil olaraq qiymətləndirilir. 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
