Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən edilib.
Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 pulemyot, 6 tüfəng, 7 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər də saxlanılıb.
