Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib. Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 1 fevral 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötüb.