Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Qeyd edilib ki, hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: