Naxçıvanda əsas kapitala yönəldilmiş vəsaitin 95 faizindən çoxu tikinti-quraşdırma işlərinə sərf olunub
2019-cu ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 180 min manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 69 milyon 850 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.