NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda bilik yarışı keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova yarışın məqsəd və vəzifələri, keçirilmə qaydaları barədə məlumat veriblər.
Seçim mərhələsi 5 turdan ibarət olub. Hər turun seçim mərhələsində 4 komandada 20 məktəbli iştirak edib. Seçim mərhələsində ən yaxşı nəticə göstərən 5 komanda final mərhələsinə vəsiqə qazanıb. Hər seçim turu test və videoçarxlar formatında olmaqla 32 sual, final mərhələsi isə 40 sualdan ibarət olub.
Yarışın üçüncü seçim turunda Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin “Qala”, 9 nömrəli tam orta məktəbin “Gülüstan”, 13 nömrəli tam orta məktəbin “Nəqşicahan” və 17 nömrəli tam orta məktəbin “Darıdağ” komandaları biliklərini sınayıblar. Komandalar tarix, coğrafiya, görkəmli şəxsiyyətlər və tarixi mədəniyyət abidələrinə aid sualları cavablandırıblar. Hər sual üzrə düzgün cavab 10 balla qiymətləndirilib.
Yekunda 17 nömrəli tam orta məktəbin “Darıdağ” komandası 32 sualdan 19-na düzgün cavab verərək 570 balla final mərhələsinə vəsiqə qazanıb.
Məhəmməd Fərəcov