31 Mart soyqırımı gənclərin gözü ilə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək xalqımızın tarixində baş verən soyqırımlar haqqında, həmçinin muxtar respublikada həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Gənclər müsabiqəyə soyqırımı özündə əks etdirən, vətənpərvərlik mövzusunda olan rəsm  əsərləri təqdim ediblər və bu rəsm əsərləri münsiflər heyəti tərəfində yoxlanılaraq qiymətləndirilib.

26 gənc tərəfindən 30 rəsm əsərinin təqdim olunduğu müsabiqədə  qaliblər  təşkilatçılar tərəfindən diplom, fəxri fərman, oxunması zəruri olan kitablar, Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə mükafatlandırılıblar.

Müsabiqənin keçirilməsində məqsəd gənclərdə vətənə məhəbbət hisslərinin yüksəldilməsi, soyqırım qurbanlarının əziz xatirəsinin yad edilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır.

                                                                              Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: