Bu ilin 9 ayı ərzində ərzində ölkədə 158 təbii mənşəli hadisə qeydə alınmış və nəticədə üç nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə statistik məlumatlarında qeyd olunub.
Bildirilib ki, hadisələrin 17-si güclü külək, 56-sı yanğın, 2-si dolu, 8-i güclü qar, 7-si güclü duman səbəbindən olub.
Eyni zamanda, təhlükəli geoloji 3, təhlükəli geofiziki 64 hadisə qeydə alınıb.
