Qarabağda 7 min 800 nəfərdən çox sakinin məşğulluğu təmin edilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7 min 817 şəxsin məşğulluğu təmin olunub.

Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 352 nəfər müxtəlif sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Kursları uğurla başa vuranların işlə təminatına dəstək göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: