“Muxtariyyət illərində Naxçıvan gəncləri” mövzusunda tədbir olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Muxtariyyət illərində Naxçıvan gəncləri” mövzusunda tədbir keçirilib.

Tədbiri Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu qazanmasının əhəmiyyətindən danışıb, əldə olunan uğurlar  və nailiyyətlərdən bəhs edib.

Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli “Naxçıvanda gənclər siyasəti”, Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli “Muxtariyyət və gənclik” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda tədbir iştirakçıları muxtariyyətlə bağlı çap nəşrləri sərgisi ilə tanış olublar.

 

Röyal Kərimov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: