“Naxçıvan” Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların səbəb, nəticə və ibrət dərsləri” mövzusunda Ümumi tarix kafedrasının təşkilatçılığı ilə  elmi konfrans keçirilib.

Konfransda əvvəlcə soyqırım faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı və dövlət müstəqilliyimizin qorunması uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransda ali təhsil ocağının rektoru İsmayıl Əliyev ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım aktının acı nəticələrindən və 70 illik Sovet imperiyası rejiminin tarixi cinayətin ört-basdır edilməsi üçün həyata keçirdiyi məkrli siyasətdən danışıb.

Sonra  tarix üzrə fəlsəfə doktoru  Elçin Zamanovun “XX əsrin əvvəllərində Zaqafqaziyada yeni tarixi mərhələnin başlanğıcı:Türk müsəlmanlara qarşı həyata  keçirilən  soyqırımların  tarixi kontekstdə təhlili”  mövzusunda çıxışı dinlənilib.

Sonda  konfrans iştirakçıları 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarxa baxıblar.

 

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: