NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Keçirilən konfransdan əvvəl İnstitutda ilk dərslər 31 mart Azərbaycanlıların soyqrımına həsr olunub. Daha sonra tələbələr internetaksiyada iştirak edərək soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş aparıblar.
Konfransda İnstitutun rektoru Elbrus İsayev Erməni daşnaklarının törətdiyi soyqırım haqqında geniş məlumat verib. Rektor gəncliyimizi tariximizə qanla yazılmış bu hadisələri daima xatırlamağa və həqiqətlərin dünya xalqlarına çatdırılması istiqamətində səyləri əsirgəməməyə səsləyib.
Konfransda İnistitutun müəllimi Arzu Abdullayev və Arif Ağalarov da çıxış edərək qeyd ediblər ki, bu gün müstəqil Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində dünya ictimaiyyəti ermənilərin törətdiyi soyqırım aktları barədə məlumatlandırılır, həmin cinayətlərə siyasi-hüquqi qiymət verilir.
Sonda İnstitutun müəllim və tələbələrinin təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgiyə baxış olub.
Vüsal Muradov