Son iki gündə 48 cinayətin açılması təmin edilib

A- A A+

Yanvarın 3-4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 8, o cümlədən borclu şəxs qismində axtarışda olan 3, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 13 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 26 avtomat silahı, 26 qumbara, 11 tüfəng, 38 patron darağı və 1230 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: