Qarabağlar kəndində ailə dəyərləri ilə bağlı tədbir olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Kəngərli rayonunun Qarabağlar kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Qarabağlar Kənd Mərkəzində keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova görüşün əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması üçün nikahdan əvvəl tibbi müayinənin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Kəngərli rayonu üzrə 11 607 uşaq vardır. Bu uşaqlardan da 132-i sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da
ümumi uşaqların 1,13 faizini təşkil edir. Muxtar respublika üzrə
sağlamlıq imkanları məhdud olan uşaqların 6.7 faizi Kəngərli rayonunun payına düşür. 

Daha sonra “Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək ətraflı məlumat verib.
 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq
mövzularda maarifləndirici broşürlər paylanılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: