Sabah saat 20:00-da işıqlar söndürüləcək

A- A A+

Hər il mart ayının axırıncı şənbə günü  milyonlarla insan dünyanın müxtəlif yerlərində  işıqları bir saatlıq söndürərək planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər.

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda da bu il ilk dəfə olaraq “Yer saatı” kompaniyası keçiriləcək. Belə ki, mart ayının 30 da Naxçıvan şəhərindəki Təbriz hotelinin qarşısında saat 20:00 da bu təqvim xüsusi olaraq qeyd ediləcək. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, məşhur rəqs qruplarının rəqsləri, tədbir müddətində fasiləsiz musiqi və gənclərin marağına səbəb olacaq digər sürprizlər təşkil ediləcəkdir.

Qeyd edək ki, “Yer saatı”  aksiyası   Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbirdir. Iştirakçılar hər kəsi həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışırlar. Hər il aksiyada milyonlarla insan iştirak edir.

Azərbaycanda rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Məşhur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.
 

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu hər kəsi martın 30 da saat 20:00 da Təbriz Hotelinin qarşısında keçiriləcək  bu aksiyada fəal  iştiraka dəvət edir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: