Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirlikdə «31 Mart soyqrımı – bəşəriyyətin ən qanlı faciələrindən biridir» mövzusunda tədbir keçirilib.
Tədbirdə Nazirliyin əməkdaşı, polkovnik Emin Qasımov ermənilərin “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı qırğınlar, soyqırımlar törətdiyini diqqətə çatdırıb.
Tədbirdə XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə ermənilərin məskunlaşdırılması, sonrakı dövrlərdə bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirmələri qeyd edilib. Ermənilər “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlarla azərbaycanlılara qarşı kütləvi qətillər və soyqırım aktları törədiblər. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. Ən dəhşətlisi isə 1918-ci il martın 31 də oldu.
Azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyində həkk etdiyi qanlı səlnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsi olduğu da iştirakçıların nəzərinə çatdırılıb.