Siyavuş Novruzov Naxçıvandan nümunə götürməyə çağırdı

A- A A+

“Ötən gün prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirə keçirib və sığorta ilə bağlı göstəriş verilib. Parlamentin İqtisadiyyat və Sahibkarlıq Komitəsində bununla bağlı layihələr hazırlanmalıdır”.

NUHÇIXAN-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında deyib.

O bildirib ki, qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır:

“Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etdirmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyirlər. Əgər hər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərinə götürürlər”.

Siyavuş Novruzov dövlət başçısının müşavirədə dediyi sözləri də xatırladıb: “Baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: