Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır

A- A A+

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsizliyə son qoymaqla bərabər, kiçik ailə biznesinə yiyələnmək imkanı yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarəolunması üzrə bilik və bacarıqlar öyrədilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaq üçün aktivlərlə təmin olunurlar.

Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bir neçə ildir ki, özünüməşğulluq proqramının icra edildiyini və 100 mindən çox insanın həmin proqramla əhatə olunduğunu bildirib: “Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər”.

Özünüməşğulluq proqramına cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ildə 1172 nəfər təşkil edirdisə, sonrakı dövrdə bu göstərici 14,5-15 dəfəyədək artıb. Ötən il də daha 16 min 827 nəfər həmin proqrama cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: