Əziz həmkarlarım, bir yaşınızın tamam olması ilə bağlı sizi ürəkdən təbrik edirəm.
Naxçıvanda "Nuhçıxan"ın yaradılması müstəqil respublikamızda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının, müstəqil mediamızın inkişafına göstərilən qayğının bir nümunəsidir.
"Nuhçıxan" İnformasiya Agentliyinin yaradılması Naxçıvan, ümumilikdə, Azərbaycan üçün çox vacib bir addım idi. “Nuhçıxan”ın fəaliyyəti blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında gedən sürətli inkişafın nəinki Azərbaycana, həm də, bütün dünyaya çatdırılması üçün ən yaxşı bir vasitədir. Bu gün siz, öz peşəkar fəaliyyətinizlə kompyuter texnologiyaları və informasiya əsrində Naxçıvan Muxtar Respublikasını informasiya blokadasından məharətlə çıxara bilirsiniz.
Aprelin biri sizin fəaliyyətinizin bir ili tamam olur.
Bu münasibətlə başda “Diaspor İnfo” saytının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərli olmaqla bütün kollektivimiz adından “Nuhçıxan” informasiya agentliyinin bütün kollektivini təbrik edirik.
Əziz “Nuhçıxan” informasiya agentliyinin kollektivi, çox hörmətli həmkarlar!
Ərənlər yurdu olan, hər daşında, qayasında əsrlərin izlərini yaşadan, tarixi abidələrinin qədimliyi ilə qoruyub saxlayan, Avropa və Şərq mədəniyyətini özündə əks etdirən Naxçıvan Şərq aləminə açılan qapı olmaqla, dünyanın bir çox şəhərlərinə nümunə göstəriləcək bir diyardır.
Hesab edirik ki, Naxçıvanın dünyada tanıdılması üçün jurnalist araşdırmalarına, xüsusən də, təbliğinə böyük ehtiyac vardır.
Bilirik ki, "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılmasında məqsəd qədim Naxçıvan şəhərindən, möcüzəli və əsrarəngiz Batabatından, igidləri ilə dünyaya meydan oxuyan Əlincə qalasından, İslam aləmində ən qədim ibadətgah sayılan Əshabi-Kəhf kimi ziyarətgahlarından, eləcə də muxtar respublikanın sürətli inkişafı, ictimai-siyasi, sosial-iqtisadi, həyatında baş verən yeniliklər barədə informasiyaları dolğun və operativ şəkildə respublika daxilində və bütün dünyada yaymaq, beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində muxtar respublikada fəaliyyət göstərən KİV-lər, teleradiolar əsl inkişaf dövrünü yaşayır.
Onsuzda Azərbaycana informasiya savaşında şər-böhtan atan nankor qonşularımızın Naxçıvanı da hədəf seçdiyi zamanda, məhz bir il öncə fəaliyyətə başlayan "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılması beynəlxalq informasiya məkanına çıxış, muxtar respublikada aparılan geniş tikinti-quruculuq və abadlıq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətli və vacibdir.
Bu gün, Naxçıvan Televiziyasında ilk dəfə olaraq xəbərlərin ingilis və rus dilində həftəlik yayımı muxtar respublikanın dünyada tanıdılması baxımından atılan əhəmiyyətli bir addımdır.
Bu baxımdan "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyəti də, təqdirəlayiqdir.
Aprelin birində bir yaşını qeyd edən "Nuhçıxan"ın beynəlxalq informasiya məkanında fəaliyyəti, muxtar respublikanın dünyada tanıdılması, bu qədim Odlar Diyarına marağın artması göstərir ki, Agentliyin kollektivi üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlir.
Əziz həmkarlar, sizə bundan sonrakı fəaliyyətinizdə böyük yaradıcılıq uğurları və daha geniş informasiya məkanı arzulayırıq.
“Diaspor info” saytının kollektivi.