Ötən il ərzində xarici ölkələrdən Azərbaycana repatrasiya olunmuş 37 Azərbaycan vətəndaşı müvafiq sosial xidmətlərlə əhatə olunub.
Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 28-i uşaq və 9-u qadındır.
Qeyd edilib ki, ölkəyə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyasının təmin edilməsi məqsədilə də Agentlik tərəfindən kompleks tədbirlər görülür.
