Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb - VİDEO

A- A A+

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Bu barədə NUHÇIXAN-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: