Naxçıvan Türkiyənin TRT-Xəbər kanalında - VİDEO - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyə mətbuatında Naxçıvanda keçirilən Novruz bayramı haqqında yazılara geniş yer verilib. Belə ki, “İğdır” qəzetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi ümumxalq şənliyindən xəbər dərc olunub, qəzetin saytında “Nahçıvanda Nevruz Kutlamaları Başladı” xəbəri və fotoşəkillər yerləşdirilib. Bundan başqa martın 20-də qəzetdə “Nevruz gelir, yaz gelir” sərlövhəli məqalə verilib, Naxçıvanda keçirilən Novruz şənliyindən bəhs edilib.
Türkiyənin "Kanal 14" televiziyasının və "Doruk" media şirkətinin əməkdaşları martın 21-də Naxçıvan şəhərində olub, Novruz bayramı ilə bağlı keçirilən şənliklərdən çəkilişlər aparıblar. Həmçinin onlar AMEA Naxçıvan bölməsinin əməkdaşı Asəf Orucovdan Novruz adətləri ilə bağlı, o cümlədən yerli sakinlərdən və turistlərdən bayram təəssüratları barədə müsahibələr alıblar. Martın 22-də isə "TRT" kanalının İğdır bürosunun əməkdaşı Sərdar Ünsal ailəsi ilə birlikdə Naxçıvanda olub, Novruz tədbirlərindən çəkilişlər aparıb. "Kanal 14" və "TRT" televiziyasının, eləcə də "Doruk" media şirkətinin əməkdaşlarına Novruz bayramı münasibətilə martın 19-da Naxçıvanda keçirilən ümumxalq şənliyinin video materialları və fotoşəkilləri təqdim edilib. Martın 23-də "TRT Haber" kanalında Naxçıvanda keçirilən Novruz bayramı ilə bağlı süjet təqdim olunub.
Novruz bayramı tədbirləri haqqında hazırlanan materiallara, turistlərdən alınan müsahibələrə, paylaşılan fotoşəkillərə ölkə, o cümlədən muxtar respublika mediasında, Türkiyə mətbuatında və sosial şəbəkələrdə 1 milyondan artıq baxış olub.
NUHÇIXAN TRT Xəbər-də yayımlanan videomaterialı təqdim edir :