NUHÇIXAN xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayəti üzrə sədri, Yunus Alıyev “NUHÇIXAN”ın bir illiyi münasibəti ilə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Mən uzun illərdir ki Ukrayna Respublikasının Nikolayev şəhərində yaşayıram. Burada fəaliyyət göstərən Azərbaycan diasporasının rəhbəri kimi çalışırıq ki ölkəmiz haqqında Ukrayna cəmiyyətində dolğun və ətraflı təəssürat formalaşdıraq. Bunun üçün də mütəmadi olaraq Azərbaycanın bütün regionları haqqında məlumat toplayır və gündəlik xəbərləri izləyirik. Ölkəmizin sürətlə inkişaf edən bölgələrindən biri olan Naxçıvan Muxtar Respublikası haqqında son biri ildə ən dolğun xəbərələri məhz “Nuhçıxan” İnformasiya Agentliyindən alıram. Bu saytın xəbərləri Naxçıvanın bütün sahələrini çox gözəl və obyektiv şəkildə əhatə edir. Yeniliklər, quruculuq, abadlıq işləri, sosial-iqtisadi həyat , hər şey burada öz əksini tapır. Bu günlərdə Naxçıvanda oldum. Etiraf edim ki, Naxçıvana əvvəllər getməmişdim. Amma burda olanda doğurdan da hər şeyin “Nuhçıxan”da təqdim olunan kimi olduğunu gördüm. Bir daha əmin oldum ki, “Nuhçıxan” İnformasiya Agentliyi Naxçıvanın əsk güzgüsünə çevrilə bilib. Yaradıcı heyətə və bütün kollektivə uğurlar arzulayıram. ”
Hörmətlə, Yunus Alıyev,
Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayəti üzrə sədri
Qeyd edək ki, 70 yaşlı Yunus Alıyev Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.