Naxçıvan televiziyasında YENİLİK: “XƏBƏR MARAFONU” canlı yayımda - FOTOLAR

A- A A+

Dünəndən etibarən Naxçıvan televiziyasında canlı yayımlanmağa başlayan “XƏBƏR MARAFONU” proqramı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Saat 17:00-dan 19:00-dək canlı efirdə tamaşaçılara təqdim olunan proqram operativliyi və aktual mövzuların geniş təhlili ilə seçilir.

NUHÇIXAN xəbər verir ki, “XƏBƏR MARAFONU” proqramının “Prezident və media 2026” xüsusi layihəsi çərçivəsində əsas mövzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə olub. Dövlət başçısının müsahibəsində səsləndirdiyi mühüm məqamlar studiyaya dəvət olunan qonaqların iştirakı ilə ətraflı şərh edilib.

Proqramda müxtəlif mövzular ətrafında geniş müzakirələr aparılıb. Belə ki, Ali Məclisin deputatı Azad Novruzov və aparıcı Həmid Quliyev “Çin, Mərkəzi Asiya və Yaxın Şərq münasibətləri” mövzusunu təhlil ediblər. Tarixçi Elçin Zamanov aparıcı İlham Vəliyevlə birgə “Azərbaycan–ABŞ münasibətləri” mövzusu ətrafında fikir mübadiləsi aparıb.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli və aparıcı Gülməmməd Əliyev “Azərbaycan–Ermənistan normallaşma prosesi və sülh çağırışları” mövzusunu şərh ediblər. Jurnalist Nicat Quliyev isə aparıcı Xanım Rüstəmzadə ilə birlikdə “Nəqliyyat kommunikasiyaları və Zəngəzur dəhlizi” mövzusu ətrafında müzakirələr aparıb.

Veriliş zamanı tamaşaçıları maraqlandıran suallar cavablandırılıb, ictimai əhəmiyyət daşıyan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Proqramın əsas məqsədi tamaşaçıları dəqiq, etibarlı və aktual informasiya ilə təmin etməklə yanaşı, cəmiyyət üçün önəmli mövzuların peşəkar səviyyədə təhlilini təqdim etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: