YAP Şərur Rayon Təşkilatında soyqırımı qurbanlarının xatirəsi anılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin nəticələrindən danışıb. Vurğulanıb ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qətliamlar törədilib. 1918-ci ilin mart soyqırımı xalqımız üçün ən faciəli səhifələrdən biri olub. Təkcə 1905-1907-ci illərdə və 1918-1920-ci illərdə bir milyondan çox azərbaycanlı qətlə yetirilib.

Əmir Babayev qeyd edib ki, bu vəhşilik və vandalizm hadisələri uzun illər hüquqi-siyasi qiymətini almayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı xalqımıza qarşı erməni vandalizminin ifşa olunması, soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması, 1918-ci il 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm tarixi sənəddir.

Tədbirdə təşkilatın idarə heyətinin üzvü Vaqif Cabbarov, şura üzvü Baxşəli Abdullayev, Zeyvə kənd ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov və başqaları çıxış ediblər. Çıxış edənlər soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: