Bu gün saat 17:00-dan 19:00-dək canlı yayımlanacaq marafon çərçivəsində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən mühüm məqamlar studiyaya dəvət olunan şərhçilərin iştirakı ilə geniş şəkildə şərh ediləcək.
Qeyd edək ki, “Xəbər marafonu” Naxçıvan Televiziyasının efirində, həmçinin televiziyanın rəsmi internet saytı ntv.az vasitəsilə canlı yayımlanır.
