NUHÇIXAN-ın məlumatına görə, Ali Məclisin 2025-ci il payız sessiyası çərçivəsində parlamentin fəaliyyətinin yekunlarına dair məlumat açıqlanıb. Bildirilib ki, sessiya müddətində ümumilikdə 9 plenar iclas keçirilib.
Eyni zamanda, qanunvericilik prosesinin təkmilləşdirilməsi məqsədilə 11 komitə və 6 komissiya iclası təşkil olunub. Aparılan müzakirələr və baxılan məsələlərin nəticəsi olaraq, müxtəlif sahələri əhatə edən 11 hüquqi akt qəbul edilib.
