Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb

A- A A+

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında (MR) 6 erkən nikahın qarşısı alınıb.

NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı statistikanı muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Məlumatda qeyd edilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan şəxsin toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə müvafiq izahat verilib.

Həmçinin Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan şəxsin qohum nikahının qarşısı alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: