AQTA-nın rəsmi saytında Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib

A- A A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində (https://afsa.gov.az) Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, həmin bölmə vətəndaşların qida təhlükəsizliyi ilə bağlı məlumatları daha operativ və əlçatan şəkildə əldə etməsi üçün hazırlanıb.

Reyestr agentlik tərəfindən aparılan risk əsaslı yoxlamalar zamanı uyğunsuzluq aşkarlanan məhsullar, qida obyektləri və qida subyektləri haqqında məlumatları bir araya toplayır.

Bölmənin yaradılmasında əsas məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, uyğunsuzluq aşkarlanan qida obyektləri barədə xəbərdar etmək, həmçinin istehsalçılar və idxalçılar arasında təhlükəsizlik normalarına əməl olunmasını təşviq edərək bu sahədə nəzarəti və şəffaflığı gücləndirməkdir.

Reyestrdə, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər, xarici qida obyektləri, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, eləcə də təhlükəli məhsullar üzrə siyahılar da təqdim olunur.

Daha ətraflı məlumatı linkdən əldə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: