Xərçəng riskini azaldan 7 bitki

A- A A+

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı 18 milyona çatıb.

NUHÇIXAN xəbər verir ki, dəhşətli xəstəliyin son illərdən durmadan artmasının səbəblərindən biri kimi istehsal olunan məhsulların tərkibi götərilir. Bəs, xərçəngin qarşısını almaq üçün təbiətin rəngli gücü nə qədər təsirlidir? Türkiyəli dietoloqlar xərçəng riskini azaldan 7 faydalı məhsulun adını açıqlayıblar.

Buğda otunun suyu 

20 növ amin turşu və antioksidant xassələrə malik olan səməni B vitamini kompleksi, C vitamini, selen, fosfor, maqnezium və kalium mineralları ehtiva edir. Tərkibindəki xlorofil hemoqlobin hasilatını artırır və buna bağlı olaraq orqanizmdə oksigen miqdarı da artır. Qısası, buğda suyu xərçəng hüceyrələrinin yaranması, böyüməsi üçün qeyri-münbit şərait yaradaraq prosesə mane olur. Buğda şirəsindən gündə ən çox 1 araq qədəhi qədər içilməlidir.

Jenşen 

Əsrlərdir ki, qocalıq prosesini gecikdirmək və diabet xəstəliyinin müalicəsində istifadə edilən jenşen bədən müqavimətini artıraraq immun sistemini dəstəkləyən güclü bir qidadır. Jenşenin ən əhəmiyyətli xüsusiyyəti immunitet sistemini gücləndirməsidir. Bu da xərçənglə mübarizədə bir addım öndə olmağınızı təmin edir.

Ənginar 

Sellülozla zəngin olan ənginarın tərkibində A, B1, B2, B6 və C vitaminləri var. Mineral tərkibi ən yüksək olan tərəvəzlərdən biridir. Fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium və sink da daxildir. Daşıdığı kuarsetin, gallik turşusu və sinarin kimi kimyəvi komponentlər və antioksidant maddələr sayəsində başda xərçəng olmaq üzrə bir çox xəstəliyə qarşı qoruyur və immuniteti dəstəkləyir. Həftədə bir və ya iki dəfə ənginar yeyə bilərsiniz.

Ananas

Tərkibinin böyük hissəsi su olan və olduqca aşağı kalorili ananas xərçəngə qarşı mübarizədə əhəmiyyətli qüvvədir. Ananasın tərkibindəki "bromelain" maddəsi şiş hüceyrələrin inkişafını dayandıran xüsusiyyətə malikdir. Xüsusilə bağırsaq, ağciyər, yumurtalıq və dəri xərçəngi xəstəliklərində şiş hüceyrələrinin böyüməsinə mane olur. Tərkibindəki dəmir, kalsium, kalium, maqnezium, A-B və C vitaminləri ilə sərbəst radikallardan qoruyur.

Qara tut suyu 

Qara tut B qrupu vitaminləri, A və K vitamini, dəmir, kalium və fosfor baxımından zəngindir. Zülal tərkibi digər meyvələrə görə olduqca çoxdur. Qara tut suyu dəri xərçənginin inkişaf prosesi əngəlləyir.

Xüsusilə ehtiva etdiyi güclü antioksidant flavonoid qrupu olan "antosianinlər" xərçənglə döyüşdə təsirlidir. Qara tut suyu kanserogen maddələri təsirsiz hala gətirmək, anormal hüceyrə çoxalmasını və hüceyrə bölünməsini dayandırır.

Hər gün bir çay qaşığı sarıkök

Sarıkökün anti-enflamuar məzmunu xərçəngdən qoruyur. Tərkibindəki kurkuminoid birləşmələri xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Antioksidant xüsusiyyəti ilə sərbəst radikallara qarşı mübarizədə mühüm rolu vardır. Odur ki, bu güclü ədviyyatı gündəlik menyunuza mütləq daxil edin.

Gəndalaş

Sellüloz, kalsium, fosfor, B6 və A vitamini baxımından zəngin xassələrə malik olan gəndalaş bu tərkibi sayəsində ən faydalı qırmızı meyvələr arasında yer alır. Gəndalaşdan əldə edilən yağın qaraciyər, prostat, döş və dəridəki xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa və ya ləngitməyə təsirli olduğu bilinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: