Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahət proqramına start verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən ilk 55 nəfər üçün Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahət proqramı təşkil olunub. Proqram çərçivəsində iştirakçılar xizək meydançası və kanat xəttindən istifadə edib, gündə üç dəfə təqdim olunan dadlı təamlardan yararlanaraq asudə vaxtlarını səmərəli şəkildə keçiriblər. Həmçinin ittifaq üzvləri üçün intellektual yarışmalar və canlı musiqi proqramlarının təşkili iştirakçılara xoş və yaddaqalan anlar bəxş edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu istirahəti edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: