Dünyanı qoruyaq soyqırımlardan

A- A A+

     Soyqırım haqqında düşünəndə mən,

     Dilimdə söz donur, damarımda qan.

     Bir ağrı, inilti keçir içimdən,

     Bəlalar çəkmişik soyqırımlardan.

 

     Kədərdi, əzabdı, qorxuncdu, bəddi,

     Sinədə qovrulandərddisoyqırım.

Gözləmir qanunu, gözləmir həddi,

     Gavur ermənidi- şərdi soyqırım.

 

     Adı Şaumyandı, soyadı Vazgen,

     Yurdumda daş üstə daşı qoymadı.

     Təkqulaq cəlladdı- geni həmən gen,

     Türk qanı tökməkdən dinsiz doymadı.

 

     Aşkarda, daldada illər boyunca,

     Döndərdi səmtini çayların, gölün.

     Qılıncla dəyişdi adın, soyun da

     Əsir götürdüyü obanın, çölün.

 

     Talandı neçə yol Naxçıvan, Gəncə,

     Od tutdu Şamaxı Bakıya qədər.

     Uşağı, qocanı öldürüb öncə,

     Tarixə əbədi əkdi qəm-kədər.

 

Döndü qasırğaya torpağımızda,

    Evlərin, qəlblərin çırağı söndü,

    Yaman qəddar oldu Xocalımızda,

    Bütün soyqırımlar yalana döndü.

 

    Soyqırım haqqında danışanda mən,

    Dilimdə söz coşur, damarımda qan.

    İçimə bir haray dolur qeybdən:

    -Dünyanı qoruyaq soyqırımlardan!

 

İbrahim Yusifoğlu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: