1992-ci ilin Xocalı faciəsinin ağrı-acısını hələ də ürəyimizdə gəzdiririk. O vaxt bu hadisələri ekrandan izləyəndə dəhşətə gəlmişdik. Adı insan olan kəsdəmi belə vəhşilik törədər? Ermənilər illərdir içlərində gizlədikləri, illərdir xaincə qurduqları planlarını həyata keçirdilər. Həm də tam məqamında. O məqamda ki, sovet imperiyasının tərkibindən ayrılan Azərbaycanda nə düzgün idarəçilik sistemi vardı, nə də ki vahid ordu. Bu boşluqdan istifadə edən ermənilər bütün dünyaya bir daha erməni xislətini göstərdilər. Göstərdilər ki, illər keçsə də, erməni xisləti dəyişən deyil, çünki erməni elə ermənidir. Onların babaları Andranik, Yapon, Dro, Njde, Hamazasp, Avetisyan, Lalayan kimi quldurlar olub. Bu gün “milli qəhrəman” kimi İrəvanda heykəli ucaldılan QaraginNjde Ərəzin, Camaldın, Yaycı, Aşağı Aza, Sabir Dizə, Düylün, Vənənd, Dəstə və Kotam kəndlərini dağıdıb, əhaliyə divan tutmuşdur. Njdeni özlərinə milli qəhrəman seçən ermənilər hələ də dərk etmirlər ki özgə torpaqları uğrunda qan tökmək heç də qəhrəmanlıqdan deyil. Bu hadisələrdə heç millilikdən belə əsər yoxdur. Hələ də dərk etmirlər ki, günahsız əliyalın insanlara qəfil hücum planı hazırlayaraq onları soyqırıma uğratmaq qəhrəmanlıq nümunəsi deyil. Bunun bir adı var: insanlığa sığmayan vəhşilik! 70 illik sovet imperiyası bu vəhşiliyi göstəırən sənədlərin üzünü məharətlə örtdü. Təhrif olunmuş tarixi bizə tədris etdilər. Sonra dönüb arxaya baxdıqda, tarixin qaranlıq səhifələrinə işıq salan sənədləri, tarixçilərin cild-cild kitablarını oxuduqda gördük ki, bu vəhşiliklər heç bu kitablara da sığmır.
Öyrəndik ki, Xocalı faciəsindən daha betəri Yaycı kəndində baş verib. Yaycının 4000-ə yaxın əhalisi yarıbayarı soyqırıma məruz qalıb. Xocalı faciəsi ilə Yaycı faciəsini 74 illik bir zaman kəsiyi ayırsa da, hadisələrin məzmunu da, miqyası da haradasa eyni olub. Yenə ermənilərin mənfur planı, yenə qəfil hücum, yenə eyni qəddarlıqla törədilən vəhşiliklər. Biz ulu babalarımızdan özgə torpaqlarına göz dikməməyi, vətəni sevməyi öyrənmişiksə, xəstə təfəkkürlü mənfur ermənilər də Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasını nəsillərdən-nəsillər ötürüblər.
1905-1907-ci il qırğınları ilə məqsədlərinə nail ola bilməyən erməni daşnakları Birinci Dünya müharibəsinin yaratdığı imkanlardan, böyük dövlətlərin himayəsindən və köməyindən istifadə edərək 1918-1920-ci illərdə məqsədlərinə nail olmağa çalışırdılar. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyas alıb, Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər. Daşnaklar həmin illərdə indiki Ermənistanda – qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlının çoxunu məhv etmiş, qalanları isə ərazidən qaçaraq, didərgin həyatı yaşayıblar. Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsindən olan əsərləri məhz dövrünün acı reallıqlarını əks etdirən tarixi sənədlərdir.
1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində AndranikOzanyan xüsusi yer tutur. Bu qaniçən cəllad təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalisini isə amansızlıqla qətlə yetirib. Yaycı kəndində misli görünməmiş vəhşiliklər törədib.
Andranikin quldur dəstələrinin vəhşiliyi nəticəsində Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndi yerlə- yeksan edildi, kənd əhalisinin 2500 nəfəri öldürüldü. Erməni süngüsündən sağ qurtaran qadınlar, uşaqlar, qocalar İrana qaçmaq üçün keçərkən Araz çayının sularında qərq oldular.
Həmin qanlı faciələri gözü ilə görmüş şahidlər artıq dünyalarını dəyişiblər. Lakin onlara bu hadisələri təfsilatı ilə danışmış doğmaları Yaycı soyqırımını elə şahidləritək ürəkağrısı ilə danışırlar. 1918-ci ilin gətirdiyi müsibətin özünü görməsələr də, izlərini yaxşı görüblər. Demək olar ki, Yaycıda elə bir ailə tapmaq olmaz ki, həmin faciənin izləri görünməsin. Kimisinin əzizi həmin dövrün qurbanı olub, kimisi də bədənində aldığı yaraları dünyasını dəyişən günədək soyqırımın bir izi, əlaməti olaraq daşıyıb. Bir də təbii ki ürəyində. Kimisinə bala dağı çəkiblər, kimisini hər iki valideynindən məhrum ediblər. Bir çox ailələrdən nişanə belə qalmayıb. Həmin qanlı günlərin şahidi olmuş Yaycı kənd sakini Yasəmən Süleymanova 1990-cı illərdə dünyasını dəyişib.
Onun gəlini Rübabə Bayramova qaynanasındaneşitdiklərini belə nəql edir: “Qaynanamın o zaman 7 yaşı olub. Evdən qoğal veriblər ki, aparsın xalasına. Yolda görür ki hamı qaçır Araz qırağına. Bu da axına qoşulub gedir, xalasını axtarmağa. Gedib görür ki, yağış göydən necə yağırsa, güllə elə tökülür. Hər tərəfi atlılar sarıb. Uşaqlar çığırışır, elə bu dəm biri şaşkanı (xəncəri) çıxarıb qolundan vurur, sağ qalmaq üçün Yasəmən ölülərin altına girir. Yasəmən Süleymanovann 7 bacısının aqibəti isə fərqli olur. Kimisi Araza qərq olur, kimisi düşmən gülləsinə tuş gəlir. Bacısı Gülxanım oğlu Məhəmmədlə elə Arazın qırağında ana-bala qucaqlaşaraq ölürlər”.
Mənfur ermənilər azərbaycanlıların mübariz, döyüşkən olduqlarını yaxşı bilirdilər. Ona görə hücum üçün elə məqam seçirlər ki, kəndin kişiləri təsərrüfat işləri üçün çöldə olur. Kənddə qalan əsasən qoca, qadın və uşaqlar idi. Əliyalın köməksiz insanlara vəhşicəsinə hücum etmək isə yəqin bir yırtıcı heyvanların xislətində olar, bir də erməninin.
Kənd sakini 97 yaşlı Telli Ağayevanın dediklərindən: “Atamgiltəsərüfatda çalışırdı, pambıq, buğda əkirdilər. Azada yaşayan ermənilər xəbər verirlər ki, kənddə adam yoxdur, hamı gedib çölə. Qəfil dolurlar kəndə. Arvad uşaq qaçıb özünü Araza atır. Atamın 5 oğlu, arvadı qızı qərq olur Araza. Anamgil nağıl eliyirdi ki, adamların ölüsü necə ki sel gəlir, elə Arazın qırağında qalmışdı. Ermənilər bizim başımıza bu oyunu açıblar. Allah onlara lənət eləsin”.
Araz bütün bu hadisələrə şahidlik edirdi. Deyilənlərə görə həmin vaxt çayın suyu da gur olub. Görünür, Araz günahsız insanları düşmən gülləsinə tuş gəlməsinlər deyə, öz ağuşuna alıb. Əksəriyyət çayı keçmək istərkən boğulub. Yaycılılar düşmənə müqavimət göstərir, lakin Andranikin silahlanmış quldur dəstəsinə üstün gəlmək təbii ki, qeyri- mümkün olur.
Hazırda işğal altında qalan Nüvədi kəndinin yaşlı əhalisinin bu gün də yaxşı xatırladığı bir fakt Yaycı faciəsinin miqyasını sübut edir. Belə ki, Andranikin quldur dəstəsinin qətl edərək Araz çayına tökdüyü yaycılıların cəsədlərini nüvədililər çayın kəndlərinin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn ediblər. Meyitlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı.
Yaycı kənd sakini Hüseyn Süleymanov isə atası Əli Süleymanovun danışdıqlarını belə nəql edir: “Bu hadisələr baş verəndə atamın 10 yaşı olub. Yay vaxtı imiş. Ermənilər kəndə daxil olanda qılıncla qabaqlarına keçəni öldürürdülər. Əliyalın camaat özlərini qurtarmaq üçün Arazı keçmək istəyirdilər. Atam deyərdi ki dağların yamacı, çayın kənarı cəsədlə dolu idi.
Biz heç vaxt bu vəhşilikləri yaddan çıxarmayacağıq. Biz bu hadisədən belə bir nəticə çıxarırıq ki, Azərbaycanın bütövlüyü, bölünməzliyi üçün həmişə əlbir olmalıyıq. Prezidentimizin yürütdüyü siyasət nəticəsində ordumuz güclənib. Ordumuzun gücü özünü aprel döyüşlərində bir daha göstərdi. Bizim gücümüz, hərbi qüdrətimiz Ermənistandan qat-qat artıqdır. Qarabağ gec-tez alınacaq. Amma biz erməni vandalizmini yaddan çıxarmamalıyıq. Azərbaycanın bütövlüyü üçün əlimizdən gələni əsirgəməməliyik”.
Yaycıda 2007-ci ildə soyqırım qurbanlarının xatirəsinə bir abidə ucaldılıb. Bu yer yaycılıların hər il üz tutduğu, ziyarət etdiyi ocaqdır. Bu abidə gələcək nəsillər üçün bir yaddaşdır: Yaycı soyqırımını unutma!
Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülüb.
Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşüb, ermənilərin Naxçıvanı işğaletmələrinə imkan verməyiblər. Bununla əlaqədar o zaman 20 tabor yaradılıb, onlar silahlandırılıb. III Kalbalıxanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstəsi böyük rəşadət göstərib. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab verib, ərazidən qovublar.
Elə təkcə nehrəmlilərin düşmənə verdiyi layiqli cavab Andranikin güclü və məğlubedilməz olması haqda dolaşan mifi darmadağın etməyə bəs edirdi. Andranikin rəhbərlik etdiyi quldur dəstə güclü deyildi, xəbis düşmən hiyləgərliyi ilə əhalinin əliyalın olmasından istifadə edib Naxçıvanda genişmiqyaslı soyqırımını həyata keçirməyə nail olmuşdu. Nehrəmdə isə vəziyyət fərqli olur. Andranikin hücumunu öncədən bildikləri üçün kəndin bütün kişiləri səfərbər olur. Silah-sursat cəhətdən zəif olsalar da, hünərləri, qeyrətləri, birlikləri ilə quldur Andranikin ayağının Nehrəmə dəyməsinə yol vermirlər və Andranik Yaycıda törətdiyi soyqırım siyasətini burada həyata keçirə bilmir. Yaycıdakı qalibiyyətindən başı gicəllənən Andranik Nehrəmdə bunun əksi ilə qarşılaşır.
Məlumatlara görə 25 nəfər erməni qulduru Nehrəm döyüşlərində məhv edilib, düşmənin 60-a qədər silahı ələ keçirilib. Kəndin müdafiəsində iştirak edən Hacı Əli, Hacı Heydər Dünyamalı oğlu, Kərbəlayı Muxtar, Kazım, Məşədi Heydər, Həsənqulu Həsənov, Hacı Mehdi, Müseyib və Müslüm adlı qardaşlar, Sadıq və onlarla nehrəmlinin adı bu gün də fəxarətlə çəkilir, dillərə əzbərdir.
Kənd ağsaqqalı Həsən Həsənovun dediklərindən: “Andranik Nehrəmə hücum edən vaxt nehrəm ağsaqqalları Hacı Mehdi, Kərbəlayı Muxtar, Kazım məsləhətləşirlər, kəndi müdafiə etmək üçün birinci növbədə nizam- intizamı fikirləşirlər. Belə qərara gəlirlər ki, arvad-uşağı bir yerə yığsınlar. Hadisə vaxtı hay-küy salıb narahatlıq yarada bilərlər. Bir neçə həyətdə, o cümlədən Hacı Allahverdinin həyətində qadınlarla uşaqları evlərə yığandan sonra hər evin qapısına bir qab neft qoyurlar. Əgər düşmən qalib gələsi olsa, özləri od vurub yandıracaqdı. Müslüm, Sadıq adında yaxşı silah atan insanlar varmış. Onlar da silahlanıb İmamzadənin yanında toplaşırlar. Ermənilər hücuma keçir. Nehrəmdə həmin vaxt bir top olub. Belə planlayırlar ki, hücum vaxtı topu atsınlar və yerin tez-tez dəyişsinlər. Ermənilər belə hesab etsin ki kənddə bir deyil, bir neçə top var. Beləcə, kənd ağsaqqalların tədbirli planı ilə müdafiə olunur və Andranikin silahlı dəstəsinin qarşısını ala bilir.
Kənd sakini Mehrəlı Cəfərovun dediklərindən: “Nehrəmdə Kazım ağa adlı varlı kişi olub. Ermənilərin ayağı Nehrəmə dəyməsin deyə, bir qutu Nikolay onluğu qoyub ortalığa, deyib ki, bir erməninin başı bir onluq qızıldı. Beləliklə, nehrəmlilər əlbir olub düşmənin kəndə girməsinə yol vermirlər. Andranik Nehrəmdə məğlub olandan sonra mənim nənəm Sona xanım öz nifrətini misralara düzərək belə ifadə edir:
Baqratın paslı zəngi vuruldu,
Andranikin qoşunu nizama durdu
Hücuma keçdilər Nehrəm üstünə.
Yeri ha, yeri ha köpək əndiri
Nehrəmlilər quşu göydən endiri.
Yavər də topunu durmadan atdı,
Andranikin qoşunu yan-yana yatdı.
Hay ilə gəlmişdi, huyuna çatdı.
Yeri ha, yeri ha köpək əndiri
Nehrəmlilər quşu göydən endiri.
Sona xanım şeiri dedi özündən
Güllə dəysin Andranikin gözündən,
Nehrəmlilər dönmədilər sözündən.
Yeri ha, yeri ha köpək əndiri
Nehrəmlilər göydən quşu endiri.
Nehrəmlilərin daha bir şücaəti haqqında xatirələrdə yaşanan əhvalatı Mehrəlı Nəcəfov belə nəql edir: “Andranik Nehrəmdə məğlub olandan sonra Zəngəzur tərəfə yollanır. O tərəfdə 4800-ə qədər azərbaycanlını mühasirəyə alır. Onları öldürmək istəyir. O zaman kəndin “qlavası” Muxtar adlı bir nehrəmli olub. Məsələdən agah olandan sonra Andranikə sifariş yollayır ki, əgər azərbaycanlıların birinin başından bir tük əksik olsa, yaxınlıqda Yamxana kəndində İran gətirilərək yerləşdirilən ermənilərin hamısını qıracağıq. Bununla da Andraniki fikrindən daşındıra bilir”.
Əsrlərdir axan Araz çayı yalnız Yaycı soyqırımının şahidi deyildi. Yaycıda əllərini qana boyamış ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək Naxçıvanın digər kəndlərində də qanlı faciələr törədiblər. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması üçün mühüm sənəddir. Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət kimi də özündə böyük mahiyyət daşıyır.