Bakının bir sıra yollarında tıxac yaranıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
