Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.
NUHÇIXAN-ın məlumatına görə, yanvarın 13-də Şahbuz rayonunda "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.
Təmir işləri Şahbuz rayonunda yerləşən /35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.
Bu səbəbdən, saat 13:00 dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
