Orucluq zamanı həzmsizlik yaradan qidalar

A- A A+

Mütəxəssislər sağlam oruc tutmaq üçün 3 vacib məqamı açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, həkimlər imsakda sosis, sucuk, kolbasa kimi işlənmiş məhsullardan uzaq durmağı məsləhət görür. Mütəxəssislər deyir ki, bu qidalar gün boyunca həzmsizlik və susuzluq hissi yaradır.

Sağlam şəkildə oruc tutmaq üçün qan şəkərinin normada olması vacibdir. Xüsusilə, imsakda süd və süd məhsulları tərkibli qidalar və içkilər istehlak etmək susuzluq hissini azaldacaq və daha rahat olmağınızı təmin edəcək. Ancaq şişkinlik probleminin yaranmaması üçün imsakda şəkərsiz süd içmək lazımdır. Qan şəkərini nizamlamaq üçün südün içinə darçın əlavə etmək olar. Darçını imsakda yediyiniz qatığa, çaya da əlavə etmək faydalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: