Ötən ilin yanvar-dekabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164 min 700 nəfərdən çox və ya 3,19 faiz artıb.
Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, bu il yanvarın 1-nə olan məlumata görə, uçota alınmış sığortaolunanların sayı 5 milyon 300 min nəfərdən çox olub.
