Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, "Hyundai" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.
