NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən vətəndaşların növbəti qəbulu keçiriləcək.
Qəbul 2026-cı il yanvar ayının 16-da Kəngərli Rayon Polis Şöbəsinin inzibati binasında saat 10:00-da baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 16 yanvar 2026-cı il tarixinədək Kəngərli Rayon Polis Şöbəsinə, eləcə də Naxçıvan MR DİN-in sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.
